İDMAN


“Sumqayıt”ın yarımmüdafiəçisi AEL-lə münasibətləri rəsmiləşdirib

Sumqayıt, 12 yanvar, AZƏRTAC 

“Sumqayıt” futbol klubundan ayrılan yarımmüdafiəçi Amit Quluzadə Yunanıstanın professional futbol klubu AEL-lə münasibətləri rəsmiləşdirib.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, 24 yaşlı yarımmüdafiəçi ilə artıq rəsmi müqavilə bağlanılıb. Azərbaycan millisinin də formasını geyinmiş A.Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə imza atıb.

Qeyd edək ki, A.Quluzadə karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko” (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.