REGİONLAR


Sumqayıtlı balacaların bayram sevinci

A+ A

Sumqayıt, 8 noyabr, AZƏRTAC 

Sumqayıtda şəhər Mədəniyyət Evində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə şəhərin məktəbəqədər təhsil müəssisələrinin fidanları iştirak ediblər.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizdə bayraq gününün yaranması və mahiyyəti haqqında məlumat verib.

Daha sonra Mədəniyyət Evinin solistləri musiqi nömrələri ilə çıxış edib, bədii qiraət dərnəyi üzvlərinin ifasında bayrağa həsr olunmuş şeirlər səsləndirilib.

Balaca tamaşaçıların səhnədə rəqsləri tədbiri daha da rövnəqləndirib.

Tədbir Şəhər Mədəniyyət Evində yeni yaradılmış "Narbala” kukla teatrının "Dovşanın evi” tamaşasının nümayişi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.