REGİONLAR


Sumqayıtlı fidanların bayram sevinci

Sumqayıt, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtda 63 nömrəli “Venera” və 40 nömrəli nitqi qüsurlu körpələr evi-uşaq bağçalarında 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil olunub.

AZƏRTAC xəbər verir ki, balacaların bayram şənliyinə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov da qatılıb. Z.Fərəcov gələcəyimiz olan uşaqlara sağlam həyat və Vətənə layiqli övlad olmalarını arzulayıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, son dövrlər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən yüksək diqqət göstərilir. Bu baxımdan Sumqayıt şəhəri də istisna deyil. Mövcud körpələr evi-uşaq bağçalarının müasir standartlara uyğun yenidən qurulması, zəruri avadanlıqlarla təchiz edilməsi, təhlükəsizlik və istilik sistemləri ilə təmin olunması, yeni məktəbəqədər müəssisələrin inşası bu diqqət və qayğının əyani sübutudur. Bir sözlə, uşaqların təlim-tərbiyəsi və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılır.

Sonra körpələr evi-uşaq bağçaları sakinlərinin bayram şənliyində çıxışları olub. Bir-birindən maraqlı musiqili kompozisiyalar, Yeni ilə həsr olunan şeir və mahnılar, rəqs nömrələri alqışlarla qarşılanıb.

Bayram tədbirinin sonunda şəhər rəhbərliyi adından uşaqlara Yeni il hədiyyələri paylanılıb.

Qeyd edək ki, Sumqayıtda bütün məktəbəqədər müəssisələrin balaca sakinlərinə şəhər icra hakimiyyəti tərəfindən 9 min bayram hədiyyəsi hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.