REGİONLAR
Sumqayıtlı gənc alim yeniliyə imza atıb
Sumqayıt, 30 noyabr, AZƏRTAC
Türkiyənin Qazi Universitetinin magistrantı Bəxtiyar Nəcəfov kimya sahəsində yeniliyə imza atıb. Belə ki, o, işlənmiş yağı ilk dəfə olaraq torpaqla biodizelə çevirməyə müvəffəq olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Qazi Universitetinin magistrantı Bəxtiyar Nəcəfov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. Gənc alim biodizel istehsalına yenilik gətirərək katalizator kimi ağ torpaqdan istifadə edib və ən əsası işlənmiş yağın 99,35 faizini biodizele çevirməyi bacarıb.
Məlumdur ki, işlənmiş yağlar ekologiya üçün kifayət qədər zərərlidir. B.Nəcəfovun elmi işi artıq bir çox alimin diqqətini cəlb edib. Hazırda o, tullantı plastik maddələrin və yararsız maşın təkərlərinin enerjiyə çevrilməsi üzrə elmi araşdırmalar aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]