REGİONLAR
Sumqayıtlı gənclər Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını qeyd ediblər
Sumqayıt, 27 dekabr, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə könüllülər, gənclər təşkilatlarının və ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə cari ildə gənclər sahəsində görülən işləri əks etdirən slayd-şou nümayiş olunub.
Bayram tədbirində çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov il ərzində gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərdən, əldə edilən nailiyyətlərdən danışıb, bu uğurların Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində qazanıldığını vurğulayıb.
Sonra intellektual oyunlar keçirilib, yeniyetmə və gənclərin ifasında maraqlı musiqi və rəqs nümunələri nümayiş etdirilib.