REGİONLAR


Sumqayıtlı gənclər virtual asılılığın zərərini müzakirə ediblər

Sumqayıt, 18 iyul, AZƏRTAC 

Sumqayıtdakı Gənclər Evində ictimai-fəal gənc Nurlan Həsənov “Real həyatımızı qoruyaq?” mövzusunda təlim keçib. Təlimin keçirilməsində məqsəd gəncləri virtual asılılığın zərərləri barədə maariflənləndirmək, onlara İnternet şəbəkələrindən səmərəli istifadə qaydalarını çatdırmaqdan ibarətdir.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC –a bildirilib ki, təlimdə sosial media, ağıllı telefonların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi vurğulanıb. Gənclərimiz mütəmadi olaraq sosial media hesablarını yoxlayır, yaxud müəyyən oyunlarla vaxtlarını səmərəsiz keçirilər. Bu aludəçilik bəzən o dərəcədə güclənir ki, gənclər gecə saatlarınadək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz İnternet resurslarında virtual gəzişmələrinə davam edirlər. Nəticədə isə onlarda həm fiziki, həm də psixoloji xəstəliklər baş qaldırır. Bu aludəçilik gənclərin gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.

Təlimdə maraqlı müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.