REGİONLAR


Sumqayıtlı gənclərin iştirakı ilə narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirici tədbir keçirilib

A+ A

Sumqayıt, 17 dekabr, AZƏRTAC

Sumqayıtdakı Gənclər Evində “Narkotiksiz gənclik – Sağlam həyat” devizi ilə tədbir keçirilib. Narkomaniyaya qarşı mübarizə istiqamətində keçirilən maarifləndirici tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2016-cı il üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən reallaşıb.

AZƏRTAC xəbər verir ki, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Texniki Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Sumqayıt Musiqi Texnikumunun tələbə-gəncləri, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin könüllüləri iştirak ediblər.

Tədbirdə gənclərin mövzu ilə bağlı rəsm işləri də nümayış olunub. Fərqlənən gənc rəssamlara Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.