ELM VƏ TEXNOLOGİYA


Sümük-əzələ ağrılarının səbəbi müəyyənləşdirilib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC 

Böyük Britaniyanın Mançester Universitetinin alimləri sümük-əzələ ağrılarının D vitamininin çatışmazlığı səbəbindən baş verdiyini sübut ediblər.

AZƏRTAC svopi.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər 2 min 300 nəfəri təcrübəyə cəlb ediblər. Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, fiziki cəhətdən fəal olmayan və psixoloji pozğunluğu olan insanlarda xroniki ağrılara D vitamini çatışmazlığından yaranır. Əvvəllər həkimlər sümük-əzələ ağrılarının radikulit üzündən baş verdiyini hesab edirdilər. Həkimlərin fikrincə, orqanizmdə D vitamininin kifayət qədər olmaması sümüklərin yumşalmasına gətirib çıxarır. Belə hallarda tədqiqatçılar günəş vannası qəbul etməyi məsləhət görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.