REGİONLAR


Süni Mayalama Mərkəzinə cins buğalar gətirilib

A+ A

Bakı, 9 dekabr, AZƏRTAC

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda inşa olunan Respublika Süni Mayalama Mərkəzinə (RSMM) 28 baş cins buğa, 2 baş kəl gətirilib.

AZƏRTAC xəbər verir ki, mərkəzdə tikinti, quraşdırma işləri artıq başa çatıb. Hazırda avadanlıqların quraşdırılma və sazlanma işləri yerinə yetirilir.

Qeyd edək ki, RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq olunacaq. Belə ki, RSMM Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun embrion transplantasiyası laboratoriyası ilə əlaqəli şəkildə fəaliyyət göstərməklə respublikanın yerli genofonduna daxil olan, müxtəlif coğrafi–iqlim şəraitinə uyğunlaşmış və müsbət təsərrüfat göstəricilərinə malik cinslərə məxsus törədici heyvanların da saxlanılaraq, onlardan alınmış genetik materialın yayılması işini həyata keçirəcək. Süni Mayalama Mərkəzinin 12 regionda filialları da yaradılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 iyun tarixli Sərəncamı ilə mərkəzin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına 8,4 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.