ELM VƏ TEXNOLOGİYA


Süni atomlardan ilk supermolekul yaradılıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

ABŞ-ın Kolumbiya Universitetinin alimləri tərəfindən dövri sistemin başqa elementlərinin xüsusiyyətlərini təqlid edə bilən super atomlardan istifadə etməklə ilk molekul yaradılıb.

AZƏRTAC lenta.ru saytına istinadla məlumat verir ki, kimyaçılar bir-biri ilə bağlı atomların toplaşması zamanı onların başqa tip elementlərin xüsusiyyətlərini əks etdirmək bacarığını aşkarladıqdan sonra superatomu yaratmaq qərarına gəliblər. Belə ki, superatomlarda pərdəli elektronlar mərkəzi nüvənin ətrafında toplanır, onların miqdarı və energetika səviyyəsi isə kimyəvi xassələri müəyyən edir.

Təbiətdə bu cür obyektlər mövcud olmasa da alimlər süni atomları birləşdirməklə supermolekul yaratmağa müvəffəq olublar. Əvvəlcə alimlər altı kobalt və səkkiz selenin atomundan nüvə yaradıblar, sonra isə alınmış superatoma metal tərkibli orqanik molekullar birləşdirərək kimyəvi birləşmənin analoqunu yaratmağa nail olublar.

Alimlərin sözlərinə görə, elementlərin say və tərkibi ilə manipulyasiya edilərək gələcəkdə maqnit və keçirici xüsusiyyətlərə malik “supermaddələri” yaratmaq mümkündür.

Qeyd edək ki, kimyaçılar yeni elektron cihaz və tənzimçilərin hazırlaması üçün əsas kimi istifadə oluna bilən lazımı xarakteristikalara malik olan böyük superatom kompleksləri yaratmağı da planlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.