DÜNYA


Süni intellekt 2030-cu ilədək şəhər həyatına təsir edəcək

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Elmi əməkdaşlar qrupu 2030-cu ilədək süni intellekt sahəsində nailiyyətlərin tipik Şimali Amerika şəhərinin nəqliyyat, səhiyyə və təhsil kimi sahələrində həyata təsiri ilə bağlı proqnoz verib. Tədqiqatçıların məqsədi sürətlə inkişaf edən texnologiyaların təhlükəsiz, düzgün və əlverişli inkişafını necə təmin etməkdən ibarət olub.

AZƏRTAC “HiTech-News” saytına istinadən xəbər verir ki, Stenford Universitetinin mütəxəssislərinin qənaətinə görə, ixtisaslaşmış süni intellekt 2030-cu ilədək daha geniş yayılacaq və faydalı olacaq. Onun köməyi ilə iqtisadiyyat və həyat tərzi yaxşılaşacaq. Lakin texnologiyalar iş yerlərinin sayına təsir göstərə biləcək ciddi problemlər yaradacaq. Odur ki, bu məsələlər artıq indidən həll olunmalıdır.

Alimlər iclas keçirərək süni intellektin sosial etik baxımdan potensial tətbiqinin texnoloji, iqtisadi və siyasi nəticələrini qiymətləndirməyə çalışıblar. Alimlər əmindirlər ki, süni intellekt texnologiyaları geniş əhali təbəqələri üçün etibarlı ola bilər. Onların sözlərinə görə, gələcəkdə biz onlara o qədər öyrəşəcəyik ki, etibarsızlıq və əsassız qorxu aradan qalxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.