ELM VƏ TƏHSİL


Süni intellekt informasiya texnologiyaları sahəsinin 80 faizini təşkil edəcək

Bakı, 29 noyabr, AZƏRTAC

“Sun Microsystems” şirkətinin təsisçisi Vinod Xosla süni intellektin bir neçə ildən sonra informasiya texnologiyaları mütəxəssislərinin işini yerinə yetirə biləcəyinə dair açıqlama verib. O, süni intellektin serverlərə və data mərkəzlərə də daxil olacağını bildirib.

AZƏRTAC nanonewsnet.ru saytına istinadla xəbər verir ki, “Tesla Motors” şirkətinin qurucusu İlon Maskın fikrincə, avtomatlaşdırma insanlar üçün yeni imkanlar açacaq, daha çox istirahət etməyə və işdə maraqlı tapşırıqları yerinə yetirməyə imkan verəcək.

“LendingRobots” şirkətinin direktoru Emmanuel Maro isə tezliklə robotların insanları hətta rəhbər vəzifələrdə əvəz edəcəklərini bildirib. O, qeyd edib ki, Kanadada vətəndaşların 30 faizi qərəzsiz kompüter proqramının insanla müqayisədə daha etibarlı rəhbər olacağına inanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.