ELM VƏ TƏHSİL
Süni intellektin inkişafı üçün təşkilat yaradılıb
Bakı, 30 sentyabr, AZƏRTAC
ABŞ-ın tanınmış informasiya texnologiyaları şirkətləri – “Amazon”, “Google”, “Facebook”, “IBM” və “Microsoft” tərəfindən süni intellektin inkişafı üçün qeyri-kommersiya birliyi yaradılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Xalq və cəmiyyət naminə süni intellekt üzrə əməkdaşlıq” adlandırılan bu yeni təşkilat tədqiqat və müxtəlif sahələr üzrə aparılan araşdırmaların nəticələrinin nəşri ilə məşğul olacaq.
Şirkət, həmçinin texnologiyaların davamlılığı, etibarlılığı və etikası problemləri, insan və süni intellektin uyğunluğu və qarşılıqlı təsiri ilə bağlı tədqiqatlar aparacaq.