DÜNYA


Süni intellektin köməyi ilə dərman hazırlanacaq

Bakı, 5 iyul, AZƏRTAC 

Böyük Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkəti dərmanların hazırlanması üçün süni intellekt tətbiq edəcək.

Son zamanlar əczaçılar tibbi dərman preparatlarının hazırlanması proseduruna süni intellektin cəlb edilməsi ilə daha çox maraqlanırlar. “GlaxoSmithKline” tezliklə öz biznesində bu texnologiyalardan istifadə etmək niyyətindədir. Belə ki, şirkət rəhbərləri bu kimi innovativ texnologiyaların yaradılmasında ixtisaslaşmış “Exscientia” konserni ilə müqavilə imzalayıblar.

AZƏRTAC vladtime.ru saytına istinadla xəbər verir ki, hazırda mütəxəssislər dərmanların yaradılması sahəsində süni intellektin potensial tətbiqinə dair tədqiqatla məşğul olurlar. Alimlər preparatların istehsalı ehtimalının proqnozlaşdırılması üçün ən yeni, güclü kompüterlərdən və maşın təlimi mexanizmlərindən istifadə edirlər. Beləliklə, əczaçılar öz maddi vəsaitlərinə və zamana qənaət edərək əlavə təcrübələr aparmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.