ELM VƏ TEXNOLOGİYA


Süni intellektli mobil proqram yolda qeyri-adekvat sürücülər barədə xəbərdarlıq edəcək

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İsrailin “Nexar” şirkəti süni intellekt əsasında işləyən, dünyanın ilk videoregistrator əlavəsini təqdim edib. “Nexar” adlanan mobil proqram vasitəsilə “iPhone” smartfonu qeyri-adekvat sürücüləri müəyyənləşdirən və yol-nəqliyyat hadisəsinə düşmək riski haqqında əvvəlcədən xəbərdarlıq edən qurğuya çevrilir.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, bu proqram işıqforları tanıyır, təhlükəli sürücülərin istifadə etdikləri avtomobillərin dövlət nömrə nişanlarını xatırlayır, bütün baş verənləri qeydə alır, yol-nəqliyyat hadisəsinin videoqeydlərini sığorta təşkilatlarına və ya polisə ötürür. Proqram istifadəçiləri insidentin təsdiqi üçün ekrandakı düyməni basmaqla hadisədən əvvəlki 20 və sonrakı 10 saniyə kadrlarını seçir və onları arxivləşdirmək üçün şirkətin məlumat bazasına göndərir, baş verənlərlə bağlı faktiki məlumatlar toplayır.

“Nexar” şirkətinin nümayəndələrinin sözlərinə görə, bu texnologiya smartfon ötürücüləri vasitəsilə avtomobilin qəzadakı vəziyyətinin “3D” formatında qrafik təsvirinin təkrarını yarada bilir, bu da yol-nəqliyyat hadisəsinin təqsirkarının müəyyənləşdirilməsdində faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.