REGİONLAR


Süni mayalama bu gün heyvandarlıqda prioritet məsələdir

Ağsu, 2 yanvar, AZƏRTAC

Ötən il Ağsu rayonunda mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində xeyli iş görülüb.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, süni mayalama bu gün heyvandarlıqda prioritet məsələdir və bu iş bölgədə 8 texnik tərəfindən həyata keçirilir. 2016-cı ildə onlar fermalarda və şəxsi təsərrüfatlarda 367 baş inəkdə süni mayalanma aparıblar. Nəticədə 281 baş cins buzov doğulub. Doğulan buzovların çoxu Gürcüvan, Gəgəli, Bico, Pirhəsənli və Padar ərazi vahidlərindəki fermer və fərdi təsərrüfatların payına düşür.

Qeyd edək ki, süni mayalama yolu ilə doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi heyvandarlarda bu işə marağı xeyli artırıb. Hələlik 68 baş buzova görə subsidiya ödənilib və bu iş davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.