REGİONLAR


Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiya ödənişinə başlanılıb

Bakı, 2 dekabr, AZƏRTAC 

Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiya ödənişinin təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı

Nazirliyinin Respublika Komissiyasının ilk iclası keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda respublika üzrə 53 rayon (şəhər) komissiyasının təklifləri nəzərə alınaraq cari ilin oktyabr ayında süni mayalanma yolu ilə alınmış 1719 baş buzovun hər birinə görə 100 manat olmaqla, 171900 manat məbləğində subsidiyanın 1495 heyvan sahibinə ödənilməsi barədə qərar qəbul edilib. Komissiyanın qərarı və subsidiya ödəniləcək vətəndaşlar barədə məlumatlar müvafiq qaydaya uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.