REGİONLAR


Süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Son günlər bir sıra kütləvi informasiya vasitələrində guya Çin Xalq Respublikasından Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana yumurta idxalı olunmayıb və bu ölkədən Azərbaycana süni yumurta idxal edilməsi və satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və heç bir fakta söykənmir.

Ölkəyə idxal edilən bütün növ heyvan, heyvan mənşəli, eləcə də quş əti və quşçuluq məhsulları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirildikdən sonra həmin məhsulların istifadəsinə icazə verilir.

Kütləvi informasiya vasitələrindən və əhalidən xahiş edilir ki, süni yumurtanın mövcud olması və satışı ilə bağlı kimdə məlumat, fakt olarsa, bu barədə dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə, eləcə də xidmətin (012) 562-18-76, (012) 440-84-50 nömrəli telefonlarına məlumat versinlər. Xidmət bu faktı kütləvi informasiya vasitələrinin və əhalinin iştirakı ilə araşdırmağa hazırdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının, o cümlədən quş əti və yumurtanın idxalına və istifadəsinə ciddi nəzarət olunur və guya Çin Xalq Respublikasında istehsal edilən süni yumurtanın Azərbaycanda satılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.