MƏDƏNİYYƏT


“Şur” filminin 50 illik yubileyi qeyd olunacaq

Bakı, 30 iyun, AZƏRTAC

İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə filmin yaradıcı heyəti və iştirakçıları ekran əsərinin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini bölüşəcəklər.

Tədbirdə Əməkdar artistlər - Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqalarının ifasında muğamlarımız, xalq və bəstəkar mahnıları səslənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.