Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Suraxanı rayonunda 2017-ci ilin birinci yarısında 2582 yeni iş yeri açılıb

Suraxanı rayonunda 2017-ci ilin birinci yarısında 2582 yeni iş yeri açılıb

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Suraxanı Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər və görülən işlər barədə iştirakçılara məlumat verib.

İlqar Abbasov ötən altı ayda rayonda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışıb. Yarım ilin sosial-iqtisadi yekunları barədə məlumat verən rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da cari ilin birinci yarısında sürətli sosial-iqtisadi inkişaf davam etdirilib, bir çox işlər görülüb və nailiyyətlər əldə olunub.

Bildirilib ki, 2017-ci ilin ilk altı ayında rayonda sənaye məhsulunun istehsalı 164,0 milyon manat, tikinti-quraşdırma işləri 12,7 milyon manat, nəqliyyat xidmətləri 7,5 milyon manat, kənd təsərrüfatı 3,4 milyon manat, pərakəndə ticarət dövriyyəsi 183,9 milyon manat, orta aylıq əmək haqqı 588 manat təşkil edib, 2582 yeni iş yeri açılıb, əsas kapitala yönəldilən investisiyalar 12,8 milyon manat təşkil edib, əhaliyə 98,4 milyon manat məbləğində pullu xidmətlər göstərilib.

Rayonun küçələrinə və məhəllədaxili ərazilərə 100 min kvadratmetr asfalt örtüyü salınıb, uzunluğu 12,0 kilometr olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3 kilometrlik hissəsində yenidənqurma işləri davam etdirilib, Etibar Bəkirli küçəsi və uzunluğu 8 kilometr olan Zığ-Hövsan avtomobil yolu isə yenidən qurulur.

Diqqətə çatdırılıb ki, rayonda yarım il ərzində 17 “Nümunəvi abad məhəllə” salınıb. Əmircan qəsəbəsində 18-ci əsrin sonlarında inşa edilmiş “Seyid qızı” türbəsi də əsaslı təmir olunub, ətraf əraziləri abadlaşdırılıb. “Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Hövsan qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış “1941-1945” abidə kompleksi əsaslı təmir edilib.

Ekoloji məsələlərin həllinə diqqət artırılıb, keçirilmiş iməciliklərdə 5000 ədəd ağac əkilib, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması işləri davam etdirilib, rayonda operator şirkətlər tərəfindən ümumi sahəsi 1,1 hektar olan 33 gölməçə müxtəlif növ tullantılardan təmizlənib, lay suları və neftlə çirklənmiş 9,68 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, 23 ədəd quyunun işçi meydançası və quyu ətrafı sahələri neft tullantılarından təmizlənib, həmin ərazilərdə qazon və ağaclar əkilib.

Rayon əhalisinin sosial müdafiəsi diqqət mərkəzində olub, hesabat dövründə 6706 aztəminatlı şəxslərə 3 milyon 780 min manat sosial müavinət ödənilib, 1572 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib, 177 nəfər tənha, əlil vətəndaşa evlərdə sosial xidmət göstərilib, 59 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzinə, pansionat və sanatoriyalara göndərilib, Məşğulluq Mərkəzinə müraciət edənlərdən 761 nəfəri işlə təmin edilib, 90 nəfər peşə hazırlıq kurslarına göndərilib.

Cari ilin martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar rayonda konkret tədbirlər müəyyənləşdirilib və müəyyən işlər görülüb. Belə ki, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı məcburi köçkün ailələrinin məskunlaşdığı Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi 22 saylı yataqxananın və keçmiş “Gilavar” uşaq bağçasının, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 149 ünvanda “Azərtunel” MMC-yə məxsus yataqxananın dam örtükləri təmir olunub, Zığ qəsəbəsində məcburi köçkün Şükürov Şəkur Zakir oğlunun qısaqapanma nəticəsində yanaraq yararsız hala düşmüş fərdi yaşayış evi təmir olunub, RİH tərəfindən mətbəx mebeli, yataq və qonaq dəsti ilə təmin edilib, 426 məcburi köçkün ailəsi fərdi elektrik sayğacı ilə təmin olunub və digər işlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq 2017-cı il fevralın 15-dən mayın 1-dək rayonda 153,0 min nəfər vətəndaş və 138 kollektiv tibbi müayinədən keçib, bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 87,24 faizini təşkil edib.

Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunub. Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva və Fərəc Quliyev çıxış ediblər.

Sonda Suraxanı RİHB-nin birinci müavini Hacıyev Rəşad Zülfəli oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təqdim olundu, rayonun ictimai həyatında və əhalinin tibbi müayinəsinin təşkilində fərqlənən bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb