CƏMİYYƏT


Suraxanı rayonunda sakinlərin 90 faizə yaxını tibbi müayinələrdən keçib

Bakı, 17 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 15-dən başlanılan və mayın 15-dək davam edən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılıb. Tədbirin mütəşəkkil qaydada keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri və digər əlaqədar təşkilatların əməkdaşları əhali arasında maarifləndirici tədbirlər aparıblar. Görülən tədbirlər nəticəsində sakinlər yaşadıqları əraziyə yaxın olan səhiyyə müəssisələrində tibbi müayinədən keçiblər. Tibbi müayinələrin aparıldığı üç ay ərzində 153 mindən çox rayon sakini və 138 kollektivin işçiləri öz sağlamlıq vəziyyətlərini öyrənmək qayğısına qalıb. Bu, rayonda tibbi müayinədən keçirilməsi nəzərdə tutulanların 87,2 faizini təşkil edir.

Müayinə olunanlardan 6,8 min nəfəri rentgen, 5,6 min nəfəri USM aparatı, 17,8 min nəfəri laboratoriya və 3,1 min nəfəri EKQ müayinəsindən keçib. Tibbi müayinədən keçən 4 min nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 137 nəfər stasionar müalicəyə cəlb edilib, 333 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib.

Rayon sakinləri onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.