CƏMİYYƏT


Suraxanı rayonunda tatarların milli bayramı “Sabantuy” təntənəli qeyd edilib

Bakı, 5 iyul, AZƏRTAC 

Azərbaycanda yaşayan tatar icması milli bayramları “Sabantuy”u Suraxanı rayonundakı Heydər Əliyev parkında təntənəli şəkildə qeyd edib.

Suraxanı Rayonu İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və tər güllər qoyublar.

Mərasim Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov “Sabantuy”un Suraxanıdakı Heydər Əliyev parkında keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, Azərbaycan və Tatar xalqlarının əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dostluq münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nazirlər Kabineti yanında əsas arxiv idarəsinin rəisi İrada Ayyubova Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bayram şənliyində çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək dəyərləndiriblər. Ölkəmizdəki multikultural şərait, tolerantlıq dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bariz nümunəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, “Sabantuy”un Azərbaycanda keçirilməsi buradakı tolerantlığın əyani sübutudur.

Sonra iştirakçılar müxtəlif müsabiqələrdə güc və bacarıqlarını nümayiş etdiriblər, Qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.