SİYASƏT


Suraxanı rayonunun seçiciləri referendumda fəallıq nümayiş etdirirlər

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) Suraxanı rayonunda səhər saat 8.00-da başlayıb. Seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından məntəqələrə üz tutur, səsvermədə fəal iştirak edirlər. Bu rayonda fəaliyyət göstərən məntəqələrin hər birində vətəndaşlara öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb.

30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Məmmədovun verdiyi məlumata görə, dairədə 37 min 77 vətəndaşın seçici hüququ var. Burada 27 məntəqə fəaliyyət göstərir və məntəqələrin onunda şəffaflığı təmin etmək məqsədilə veb-kamera quraşdırılıb.

31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri İlham Bayramov dairədə 39 min 284 seçici qeydiyyatdan keçdiyini deyib. Bildirib ki, dairədə fəaliyyət göstərən 32 məntəqənin onunda veb-kamera quraşdırılıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsində də səsvermə mütəşəkkil qaydada aparılır. Bu dairədə yaradılmış 31 məntəqədə 39 min 750 seçici var. 10 məntəqədə veb-kamera quraşdırılıb. Dairə seçki komissiyasının sədri Qasım Rzayev bildirib ki, səsvermə səhər saatlarından başlayıb, heç bur qanun pozuntusu qeydə alınmayıb, seçicilər sərbəst şəkildə öz iradələrini sınamaq üçün məntəqələrə gəlirlər.

Suraxanı rayonunu əhatə edən məntəqələrdə xarici və yerli müşahidəçilər referendumun gedişatını izləyirlər. Onlar səhər saatlarında heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.