SİYASƏT


Suraxanıda Ulu Öndərin siyasi rəhbərliyə gəlişinin 48 illiyi münasibətilə konfrans keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlayıb.

Sonra tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olub və Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filminə baxıblar.

Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyi münasibətilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü ilin oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik edib. İstər Sovet İttifaqı, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mübarizə devizi və həyat idealı olub.

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan şərəfli yol Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra respublika həyatının bütün sahələrində tənəzzüldən tərəqqiyə doğru ciddi dönüşə nail olundu. Heydər Əliyevin ölkənin böyük perspektivlərinə hesablanmış strateji proqramının başlıca məqsədlərindən biri də xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olub. 1993-cü ilin iyununda - ölkənin yenicə əldə etdiyi müstəqilliyinin itirilməsi təhlükəsinin olduğu bir vaxtda xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider Azərbaycanı bütün təhlükələrdən xilas edərək, onu böyük inkişaf yoluna çıxardı, eyni zamanda, mühüm sosial müdafiə tədbirlərinin təməlini qoydu.

Konfransda çıxış edən Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva bildirib ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib.

Konfransda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycana rəhbərliyi dövründə ölkə iqtisadiyyatının inkişafı, yeni strateji əhəmiyyətli müəssisələrin yaradılması, sənaye və kənd təsərrüfatının inkişafı, kadr potensialının formalaşdırılması istiqamətlərində məqsədyönlü tədbirlər həyata keçirən Ulu Öndər öz parlaq zəkası, dövlətçilik bacarığı və uzaqgörənliyi sayəsində ölkənin gələcək müstəqilliyi üçün vacib potensialın yaradılması, milli şüurun yüksəlişini təmin edib.

Konfransda Milli Məclisin deputatı Ağacan Abiyev və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.