CƏMİYYƏT
Suraxanıda dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlar and içiblər
Bakı, 24 iyun, AZƏRTAC
Suraxanı rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib. AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, tədbir rayonda çalışan dövlət qulluqçularının xalqımızın ümummilli lideri Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət etməklə başlanılıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Şahalı Cəbiyev, Dövlət Xəzinədarlıq Agentliyinin idarə rəisi Mirzə Mirzəyev, gənclər və idman idarəsinin rəisi Amil Bağırov və başqaları çıxış edərək qeyd ediblər ki, rayonda çalışan dövlət qulluqçuları onlara bəslənilən etimadı şərəf və ləyaqətlə doğruldacaq, öz vəzifə borclarını vicdanla yerinə yetirəcəklər.
Tədbirdə dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlar təntənəli and içiblər. Rayonun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup dövlət qulluqçusu isə fəxri fərmanla təltif ediliblər.