İQTİSADİYYAT


Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

Bakı, 3 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Sahibkarlığa Kömək Milli Fondu mayda Suraxanı rayonunun Hövsan qəsəbəsində işgüzar forum keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.