DÜNYA
Suriya: Hələb şəhərində xəstəxana bombardman edilib
Bakı, 28 aprel, AZƏRTAC
Suriyanın Hələb şəhərində hava zərbələri nəticəsində xəstəxana binası dağılıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bombardmana məruz qalan xəstəxana Hələb şəhərinin müxalifətin nəzarətində olan məhəlləsində yerləşir.
Hadisə yerində fəaliyyət göstərən “Sərhədsiz həkimlər” təşkilatının nümayəndələri çox sayda həyatını itirən və yaralanan olduğunu bildirirlər.
Suriyanın Londonda yerləşən insan haqları üzrə rəsədxanasının məlumatına əsasən, hadisə nəticəsində aralarında 3 uşağın və 3 həkimin olduğu azı 27 nəfər ölüb.
Bir qədər əvvəl aviasiya zərbələri nəticəsində Hələb şəhərinin digər məhəllələrində də 49 nəfərin həyatını itirdiyi bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]