DÜNYA


Suriya müxalifəti Astana görüşü üzrə kommünikeni imzalamayacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Suriya müxalifətinin nümayəndə heyəti Astana danışıqlarında qarant ölkələrin yekun kommünikesini imzalamayacaq. Bunu danışıqlarda Suriya müxalifətinin rəsmi nümayəndəsi qismində çıxış edən Yəhya əl-Aridi bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yəhya əl-Aridinin sözlərinə görə, “imzalama olmayacaq, qarant ölkələr – Rusiya, Türkiyə və ola bilsin, İran sadəcə olaraq sənədi yayacaqlar”.

“Belə təsəvvür yaranır ki, qarant ölkələr Suriya xalqından daha çox öz maraqları haqqında düşünürlər. Biz atəşkəsi saxlamaq istəyirik, amma bunun üçün digər tərəflər, ilk növbədə, Suriya xalqını düşünməlidirlər”, - deyə müxalifət təmsilçisi əlavə edib.

Kommünikenin Suriya hökumətinin nümayəndə heyəti tərəfindən imzalanması da nəzərdə tutulmur.

Bununla yanaşı, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffana de Mistura qeyd edib ki, tərəflər Astana görüşünə dair yekun sənədi razılaşdırmağa yaxındırlar. Əgər yekun kommünike bu variantda qəbul edilsə, nikbinlik üçün əsas yaranar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.