DÜNYA


Suriya televiziyası: İŞİD qruplaşmasının “hərbi naziri” öldürülüb

Bakı, 24 may, AZƏRTAC

Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərinin şərqində apardığı əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının “hərbi naziri” Əbu Musab əl-Masrini qətlə yetirib. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda əl-Masri ilə birgə qruplaşmanın 12 nüfuzlu nümayəndəsinin də məhv edildiyi bildirilir. Lakin əməliyyatın vaxtı və dəqiq məkanı barədə heç bir informasiya verilmir.

Qeyd edək ki, 2016-cı ilin mart ayında İŞİD qruplaşmasının Pentaqonda “müharibə naziri” adlandırılan ən nüfuzlu liderlərindən biri – Əbu Ömər əş-Şişani qətlə yetirilmişdi. Əsl adı Tarxan Batiraşvili olan səhra komandirinin öldürülməsi ABŞ-ın qruplaşma ilə mübarizədə əsas uğurlarından biri sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.