DÜNYA


Suriyada Rusiyaya məxsus hərbi helikopter vurulub

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Surıyanın İdlib vilayətində Rusiya Federasiyasına məxsus Mi-8 tipli hərbi helikopter vurulub. AZƏRTAC TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində 3 ekipaj üzvü və Suriyada Barışıq üzrə Rusiya Mərkəzinin 2 zabiti həlak olub.

Aleppo şəhərinə humanitar yardım aparmış hərbi-nəqliyyat helikopteri Xmeymim aviabazasına qayıdarkən yerdən açılan atəş nəticəsində vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.