DÜNYA
Suriyada təxliyə edilənlərə hücum: ölü sayı yüzü ötüb
Bakı, 16 aprel, AZƏRTAC
Suriyada mühasirə bölgələrindən köçürülənlərin avtobus karvanına terror hücumu nəticəsində həlak olanların sayı yüzü keçib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bölgələrdən gələn karvanın Rəşidində nəzarət məntəqəsində gözlədiyi vaxt minalanmış avtomobillə partlayış törədilib. Partlayışın cox şiddətli olduğu, ölənlərin say-hesabının olmadığı bildirilir. Yaralananlar xəstəxanalara təcili yardım maşınları, pikaplar və hər cür avtomobillərlə daşınıb.
Partlayan avtomobilin 30 metrliyində olan Anadolu agentliyinin müstəqil müxbiri Abdullah Həsən hadisədən xəsarət almadan qurtarıb. Müxbirin şəxsi avtomobili yararsız hala düşüb.
Bəzi yaralılar Türkiyədə müalicə olunmaq üçün Hatay vilayətinin Reyhanlı rayonunda yerləşən sərhəd-keçid məntəqəsinə gətirilib.