DÜNYA


Suriyalı qaçqına badalaq vuran jurnalistə üç il şərti həbs cəzası verildi

Budapeşt, 13 yanvar, AZƏRTAC 

Qucağında uşaq olan suriyalı qaçqına badalaq vurmuş N1TV özəl internet-telekanalının jurnalisti Petra Lasloya üç il şərti həbs cəzası verilib. Hökmü Macarıstanın Seqed şəhər məhkəməsi çıxarıb. Hadisə 2015-ci ildə ölkənin Serbiya sərhədi yaxınlığında - Macarıstanın cənubunda qaçqın qəbulu məntəqəsi yanında baş verib. Videoyazıda qucağında uşaq tutan suriyalıya jurnalistin necə badalaq vurması və bunun nəticəsində kişinin yıxılması aydın görünür. Videoçarx “YouTube” portalında yerləşdirilib və böyük əks-səda doğurub (https://www.youtube.com/watch?v=EaXnr7kH6ec). Petra Laslo işdən azad edilib, 2016-cı ilin sentyabrında isə Seqed şəhər prokuroru onun haqqında xuliqanlıq ittihamı üzrə istintaq işinə başlayıb.

Jurnalist üzr istəyərək öz hərəkətinin səbəbini təlaş içində olması, ona tərəf qaçan insan izdihamından qorxması ilə izah edib.

Yeri gəlmişkən, badalaq oğlana populyarlıq gətirib, hətta pərəstiş etdiyi Kriştian Ronaldo onunla görüşüb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.