MƏDƏNİYYƏT


Şuşa Teatrında yeni tamaşa hazırlanır

Bakı, 10 iyul, AZƏRTAC

Şuşa Dövlət Musiqili Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası tamaşaya hazırlanıb.

Teatrdan AZƏRTAC-a bildiriblər ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur. Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov və Əməkdar Artist Azad Məmmədov ifa edirlər.

Tamaşanın premyerası sentyabr ayında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.