SİYASƏT


Şuşalılar ümumxalq səsverməsində yüksək fəallıq göstərir

A+ A

Bakı, 26 sentyabr, Əziz Məmmədov, AZƏRTAC

124 saylı Xocavənd seçki dairəsinin 77 saylı Şuşa-Ağdam-Xocalı seçki məntəqəsində səhər tezdən seçicilərin yüksək fəallığı müşahidə olunur.

Məntəqə seçki komissiyasının sədri Elçin Dadaşov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu məntəqədə 558 seçici qeydə alınıb. E.Dadaşov deyib: “Seçicilər fəallıq göstərir. Səyyar səsvermə qutusu ilə bağlı heç bir müraciət olmayıb. Ən qocaman seçicimiz Çingiz Həsən oğlu Ələkbərovdur. Onun 86 yaşı var”.

Referendumun gedişini izləməyə cəlb edilmiş müşahidəçilər vurğulayırlar ki, səsvermə prosesi beynəlxalq normalara uyğun keçirilir. İnsanların öz iradəsini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.