CƏMİYYƏT


“Şuşanı unutmayaq” adlı tədbir keçirilib

Bakı, 12 may, AZƏRTAC

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə icmanın mərkəzi qərargahında “Şuşanı unutmayaq” adlı tədbir keçirilib.

Şuşa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. İcra hakimiyyətinin başçısı, İctimai Birliyin idarə heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov tədbiri açdıqdan sonra respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, YAP Nəsimi rayon Gənclər Birliyinin üzvləri Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan danışıblar. Sonra Şuşanın tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda Emin Məmmədlinin ifasında hərbi-vətənpərvərlik mahnıları səslənib. Şuşanın tarixi abidələrinin, görkəmli şəxsiyyətlərinin üzərində əks olunduğu təqvim və bukletlər tədbirdə iştirak edən gənclərə paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.