ORDU
Sutka ərzində atəşkəs rejimi 60 dəfə pozulub VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Kəngərli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]