İDMAN


Şvaynştayger “Mançester Yunayted”lə vidalaşmağı qərara alıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Bu günlərdə futbol üzrə Almaniya yığmasından getdiyini açıqlayan millinin kapitanı Bastian Şvaynştayger, indi də “Mançester Yunayted”dəki karyerasına son vermək istəyir.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçini əsas heyətdən uzaqlaşdıraraq əvəzedici heyətə göndərib. Məlum olub ki, artıq almaniyalı futbolçu özünə yeni klub axtarışındadır.

Ötən mövsüm İngiltərə təmsilçisinin heyətində iyirmi oyun keçirən Bastian rəqib qapısına bir top vurub. O, həm də “Avro-2016”da Almaniya millisi ilə yarımfinaladək irəliləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.