İDMAN


“Synergy Baku” klubunun velosipedçisi Çində ikinci olub

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşünün 4-cü mərhələsi Azərbaycanın “Synergy Baku” klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli kifayət qədər ağır dağ yolları ilə yadda qalan 147 kilometrlik marşrutu 2-ci pillədə başa vurub.

AZƏRTAC xəbər verir ki, məsafəni 4 saat, 1 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz mərhələ qalibi ilə eyni göstəriciyə nail olsa da, hər şeyi fotofiniş həll edib.

“Synergy Baku” nüfuzlu yarışa 7 velosipedçi ilə başlasa da, onlardan ikisi - Yannis Tamuridis və Kiril Pozdnyakov 1-ci mərhələnin finişinə 2 kilometr qalmış yola piyada çıxması nəticəsində baş verən toqquşmada zədə almış və yarışı yarımçıq bitirmək məcburiyyətində qalmışdı.

Dördüncü mərhələdə isə daha bir təmsilçimiz - Yosip Rumaç zədələnib və “Synergy Baku” Çin yarışında mübarizəni 4 idmançı - Matey Müqerli, Elçin Əsədov, Samir Cəbrayılov və ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinlə davam etdirəcək.

On üç mərhələdən ibarət “Tour of Qinghai Lake” yürüşünə iyulun 30-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.