ELM VƏ TƏHSİL
TƏHSİL SAHƏSİNİN İNKİŞAFI LAYİHƏSİ ÜZRƏ KREDİT SAZİŞİ İMZALANMIŞDIR
Sentyabrın 19-da Dünya Bankının Bakıdakı ofisində Azərbaycan Respublikası və Beynəlxalq İnkişaf Assosiasiyası arasında Təhsil Sahəsinin İnkişafı Layihəsi üzrə ümumi dəyəri 20,99 milyon ABŞ dolları məbləğində olan Kredit Sazişi imzalanmışdır. Sazişi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Dünya Bankının respublikamız üzrə meneceri vəzifəsini icra edən Səidə Bağırova imzalamışlar.
İmzalanma mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək bildirmişdir ki, Təhsil Sahəsinin İnkişafı Layihəsi 10 il ərzində həyata keçiriləcək və üç mərhələdən ibarət olacaq Adaptiv Proqram Kreditinin ilk mərhələsini (4 il) təşkil edir.
Layihənin 5 komponentdən və altkomponentdən ibarət olduğunu diqqətə çatdıran nazir onun uğurla həyata keçiriləcəyinə əminliyini söyləmişdir.
Dünya Bankının respublikamız üzrə meneceri vəzifəsini icra edən Səidə Bağırova Azərbaycanın təhsil sahəsinin inkişafında Layihənin əhəmiyyətini vurğulamışdır.
Qeyd edilmişdir ki, Layihənin həyata keçirilməsi nəticəsində təhsilin keyfiyyəti yüksələcək, idarə edilməsi təkmilləşəcəkdir.