ELM VƏ TƏHSİL
TAİLANDDA İSLAM UNİVERSİTETİ AÇILACAQ
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, gələn il Tailandda ilk müsəlman universiteti açılacaqdır. O, Misirin dünyaşöhrətli Əl-Əzhər Universitetinin filialı olacaqdır.
Tailandın xarici işlər naziri Surakiat Satientay bildirmişdir ki, Misir, Bruney, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bu layihənin həyata keçirilməsini dəstəkləmək niyyətindədirlər. Nazirin sözlərinə görə, Tailand layihəni maliyyə cəhətdən təmin etmək iqtidarındadır, ona görə də söhbət, ilk növbədə, texniki dəstəkdən və tədris planlarının hazırlanmasından gedir.
Tailandda çoxlu islam məktəbi var, lakin ali məktəb yoxdur. Bundan əlavə, Tailandın müsəlman olan daxili işlər naziri Van Məhəmməd No Mata demişdir ki, həmin məktəblərin əksəriyyəti vəhhabilərin əlindədir, bu isə milli təhlükəsizlik üçün qorxuludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]