ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin nəticələrini “Abituriyent” jurnalının 9-cu sayında dərc etmişdir. Əlavə yerləşdirmə əsasında ali məktəblərin bütün şöbələrinə (əyani, axşam, qiyabi) qəbul olunmuş abituriyentlər Qəbul Qaydalarının 8-ci bəndinə əsasən, avqust 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK-nın ali məktəblərə göndərdiyi qəbul olunanların siyahısında imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməyən abituriyentlər ali məktəbə qəbul olunanlar sırasından xaric ediləcək və onların qəbul haqqında əmrləri ali məktəbə göndərilməyəcəkdir.
Ali məktəblərin boş qalan 872 ixtisası üzrə 12596 yerə 3834 ərizə verilmiş, onlardan 3361 abituriyent qəbul olunmuşdur.
Ali məktəblərə qəbulla bağlı apellyasiya komissiyasının fəaliyyəti başa çatdığına görə, bundan sonra ali məktəblərə tələbə qəbulu haqqında TQDK-ya daxil olan ərizə və şikayətlərə baxılmayacaqdır. Beləliklə, 2002/2003-cü tədris ili üçün ali məktəblərə qəbul kampaniyası başa çatmışdır.