İQTİSADİYYAT


TANAP boru kəməri xətti boyunca fiber-optik layihəsinin reallaşdırılması planlaşdırılır

A+ A

Bakı, 9 iyul, Nihad Budaqov, AZƏRTAC 

Trans-Anadolu qaz boru kəmərindən (TANAP) faydalanaraq həm Türkiyədə, həm də qonşu ölkələrdə gələcəkdə kommunikasiya şəbəkələrinə olan tələbatı qarşılaya biləcək fiber-optik layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, imzalanmış müqaviləyə görə, boru kəməri xətti boyunca fiberin döşənməsi ilə bağlı müstəsna hüquqlar SOCAR-a verilib. Bu məqsədlə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) törəməsi kimi “SOCAR Fiber Optik A.Ş.” şirkəti yaradılıb.

Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1810 kilometrdir. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.