İQTİSADİYYAT


TANAP ilə İran və İraq təbii qazının Azərbaycandan keçməklə nəqli məsələsi nəzərdən keçirilir

A+ A

Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC

Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə İran və İraq təbii qazının Azərbaycan ərazisindən keçməklə nəqli məsələsi nəzərdən keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov avqustun 29-da Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib.

N.Abbasov qeyd edib ki, Azərbaycan TANAP-ın əsas təşəbbüskarıdır. İran qazının Azərbaycan ərazisi ilə nəql edilərək Türkiyədə TANAP-a qoşulması, oradan isə Avropaya nəqli imkanlarına baxılır.

“Azərbaycan və İran arasında İran təbii qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var. İraq ilə İran arasında da belə infrastruktur mövcuddur. Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və Türkiyədə TANAP-a qoşulmaqla Avropaya nəql edilə bilər”, - deyə nazir müavini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.