İQTİSADİYYAT


TANAP-ın kompressor və ölçmə stansiyalarının tikintisi üzrə torpaq işlərinin 100 faizi tamamlanıb

A+ A

Bakı, 13 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi çərçivəsində inşa ediləcək kompressor və ölçmə stansiyaları üzrə torpaq işlərinin 100 faizi tamamlanıb.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

TANAP-ın baş direktoru qeyd edib ki, bu il fevralın 17-də kompressor və ölçmə stansiyalarının tikintisi üzrə “TEKFEN İnşaat və Tesisat A.Ş.” şirkəti ilə müqavilə imzalanıb. Artıq stansiyaların mühəndislik işlərinin 96 faizi tamamlanıb. Torpaq işləri artıq yekunlaşıb, hazırda dəmir-beton konstruksiyaların təməli qoyulur.

S.Düzyol bildirib ki, kompressor və ölçmə stansiyalarının inşası çərçivəsində istifadə ediləcək avadanlıqların alınması üzrə müqavilələr artıq imzalanıb. Hazırda həmin material və avadanlıqların istehsalı, eləcə də tikinti sahələrinə çatdırılması davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.