İQTİSADİYYAT


TAP çərçivəsində Albaniyada 12 kilometr borular kəmər xətti boyunca düzülüb və 7 kilometri qaynaq olunub

A+ A

Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Albaniyada 12 kilometr borular kəmər xətti boyunca düzülüb və təqribən 7 kilometri qaynaq olunub.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasıya rəhbəri Lisa Givert deyib. L.Givert qeyd edib ki, TAP layihəsi qrafikə uyğun icra edilir. Mayda Salonikidə TAP-ın təməlinin qoyulmasından sonra kəmərin keçəcəyi 3 ölkədə - Yunanıstan, Albaniya və İtaliyada layihə tikinti mərhələsi üzrə və plana uyğun davam etdirilir.

“Biz avqustun əvvəlində Fierdə (Albaniyada) boru kəməri üzrə hüququ rəsmiləşdirmə və təsnifatına başladıq. Bununla da, şərqə doğru irəlilədik. İndiyədək təxminən 12 kilometr borular kəmər xətti boyunca düzülüb və təqribən 7 kilometri qaynaq edilib. Bütün işlər avtomatik ultrasəs və rentgenoqrafiya sınaqları üzrə və sənaye standartlarına uyğun aparılır. Sentyabrın 17-də qaynaq olunan ilk borular xəndəklərə endirilib”, - deyə TAP-ın kommunikasiya rəhbəri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.