İQTİSADİYYAT


TAP-ın Yunanıstan hissəsinin inşası üzrə ilk borular xəndəklərə endirilib

A+ A

Bakı, 24 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi çərçivəsində Yunanıstanda 17,3 kilometr borular kəmər marşrutu boyunca sahələrə düzülüb, təxminən 8,4 kilometr borular qaynaq edilib. Qaynaq olunan ilk borular xəndəklərə endirilib.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

“Yunanıstanda boru kəmərinin marşrutu üzrə rəsmiləşdirmə və təsnifat Yunanıstan-Türkiyə sərhədinə yaxın Kavala sahəsində başlayıb. Borular Kavala, Saloniki və Aleksandrupolis limanına gəlməkdə davam edir. TAP-ın təxminən 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 30 faizi artıq sahələrə çatdırılıb”, - deyə L.Givert əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.