ELM VƏ TƏHSİL
TƏZƏ MƏKTƏB BİNALARI
Lənkəran rayonunun Ləc kəndindəki orta məktəb üçün layihə-smeta sənədləri əsasında yeni bina tikilmişdir. 350 şagird yeri olan bu obyekt Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə ucaldılmışdır.
Astara rayonundakı Ərçivan kənd 3 saylı orta məktəb üçün 420 şagird yeri olan bina isə “Qadın dünyası” ictimai birliyinin təşəbbüsü ilə həmin səfirliyin maliyyə vəsaiti hesabına inşa olunmuşdur. Hər iki təhsil ocağı kompüterlərlə, texniki vasitələrlə, digər avadanlıq və inventarla təchiz edilmişlər.
Biləsuvar rayonunun Fialetovka kənd orta məktəbi üçün əsaslı binanı Amerikanın Sosial Sərmayə Təşəbbüsü (CHF) qeyri hökumət təşkilatı inşa etdirmişdir. Burada sinif otaqlarının çox olması dərslərin bir növbədə keçirilməsinə imkan verəcəkdir.
Təzə binaların üçü də yeni dərs ilinin ilk günündən şagirdləri isti qoynuna alacaqdır.