İQTİSADİYYAT
TBC Kredit “Sərbəstliyin Bahar kampaniyası”na başlayıb
Bakı, 4 mart, AZƏRTAC
TBC Kredit girovsuz sərbəst kreditə “Sərbəstliyin Bahar kampaniyası”nı elan edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kreditə müraciət edənlər illik faiz dərəcəsi 19 faizlə dollar kreditləri, 22 faizlə isə manat kreditləri əldə edə bilərlər. Bahar kampaniyası dövründə minimal FİFD (Faktiki İllik Faiz Dərəcəsi) dərəcə 20,49 faiz, komissiya 2 faiz olacaq. Endirimlər aprel ayının ortalarınadək davam edəcək.
Qeyd edək ki, “Sərbəst kredit” girovsuz kreditdir və istənilən məqsəd üçün nəzərdə tutulub. Bu kredit üzrə maksimal məbləğ 15 000 manat/dollar təşkil edir. Adıçəkilən məhsul əhali arasında böyük tələbatla istifadə olunur, kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.