MƏDƏNİYYƏT


TEAS-ın istehsal etdiyi “Caz və Azərbaycan” filmi

Bakı, 11 noyabr, AZƏRTAC

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) istehsal etdiyi “Caz və Azərbaycan” adlı sənədli filmdə ölkəmizdə müvafiq musiqi janrının tarixindən bəhs edilib.

AZƏRTAC TEAS-ın saytına istinadla xəbər verir ki, filmdə Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, skripkaçı Səbinə Rakçeyeva, TEAS Fransa nümayəndəliyinin direktoru Marie-Laetitia Gourdin və fransız bəstəkarı Pyer Tiloy bu qərb musiqisinin böyük uğur əldə etməsi səbəblərindən, caz-muğam və etno-cazın əsaslarından və TEAS-ın Azərbaycan cazının gənc nümayəndələrini dəstəkləməsindən söhbət açırlar.

“Caz və Azərbaycan” filmini http://teas.eu/teas-tv-jazz-and-azerbaijan-teas-film linkindən izləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.