ELM VƏ TƏHSİL
TEMPUS proqramının FLEPP layihəsinin yekun konfransı keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS proqramının FLEPP layihəsinin yekun konfransı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verib.
Universitetin dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığından söz açan D.Yunusov ADU-nun qoşulduğu beynəlxalq layihələrdən danışıb, FLEPP layihəsinin yekun konfransının bu ali məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova yekun konfransın proqramı haqqında məlumat verib. TEMPUS proqramının əhəmiyyətindən danışan prorektor FLEPP layihəsi üzrə əldə olunan uğurlardan söz açıb.
Sonra J.Qəribova “FLEPP layihəsindən gözləntilər və əldə olunması nəzərdə tutulan nəticələr” mövzusunda hesabat məruzəsi ilə çıxış edib.
Konfransda mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb.